İndeks Fondları

portfelinin strukturu müəyyən fond indeksinin strukturuna uyğunlaşdırılan qarşılıqlı investisiya fondu.
İndeks
İndekslə Əlaqələndirilmiş İstiqraz
OBASTAN VİKİ
İndeks fondları
İndeks
İndeks(ing. Index) – daha dolğun informasiyanın yerləşdiyi yeri göstərən açar sözlərin və ya onlarla əlaqəli verilənlərin siyahısı. Göstərici oxucuya kitabda lazım olan fraqmenti tapmağa yardım edir. O, kitabın bir hissəsi, yaxud çoxcildlik nəşrdə ayrıca cild ola bilər. Kitabda, adətən, aşağıdakı göstəricilər olur: • ad göstəricisi, • coğrafi göstərici, • müəlliflər göstəricisi (əgər məqalələr müəlliflərin adlarına görə düzülməyibsə), • sitatlar göstəricisi, • atalar sözləri və zərbi-məsəllər göstəricisi, • xronoloji göstərici, • əsərlər göstəricisi (çoxcildlik üçün). 2. Obyektin yerləşmə yerinin göstəricisi; məsələn: kataloqun indeksi faylın diskdə yerləşmə yerini göstərir, yazının indeksi açar sahələrin yerləşmə yerini müəyyənləşdirir. 3. Şəhadət barmağı açılmış yumruğun piktoqramı. 4.
İndeks nişanı
İndeks nişanı (ing. index mark ~ ru. индексная метка ~ tr. indeks işareti) – mikrofişlərdə (MICROFICHE) mövqeyi göstərən işarə, adətən, xətt və ya ştrix. Adətən, proqram vasitəsilə formatlanan disklərdə: formatlama zamanı qoyulan və hər bir cığırın məntiqi başlanğıcını qeyd edən maqnit indikatoru (ünvan nişanı da adlandırılır). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndeks yarığı
İndeks yarığı (ing. index hole ~ ru. индексное окно ~ tr.indeks deliği) – 5.25-düymlük disketin mərkəzi oturma deşiyinin yaxınlığında kiçik dairəvi deşik. O, birinci verilənlər sektorunun mövqeyini (yerini) göstərməklə disketin fırlanması zamanı oxuma-yazma əməliyyatlarının sinxronlaşmasını təmin edir. Bundan başqa, indeks yarığı yanlışlıqların aşkarlanmasına kömək edir. Məsələn, diskin oxuma-yazma başcığının tam keçidi (yolu) indeks yarığının xüsusi sensor ilə ölçülən keçid zamanın ikiqat qiyməti ilə üst-üstə düşməlidir. Disketdə lazım olan sektorun axtarış zamanını qiymətləndirmək üçün bu nisbətdən istifadə etmək olar. Əgər sektor indeks yarığının iki keçidindən sonra tapılmazsa, hesab edilir ki, sektor yoxdur və ya zədəlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Açıq Cəmiyyət Fondları
Əvvəllər Açıq Cəmiyyət İnstitutu adlanan Açıq Cəmiyyət Fondları (ing. OSF) — biznes maqnatı Corc Soros tərəfindən yaradılmış qrantlar şəbəkəsi. Açıq Cəmiyyət Fondları ədaləti, təhsili, ictimai sağlamlığı və müstəqil medianı inkişaf etdirmək məqsədilə bütün dünyada vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verir. Qrupun adı Karl Popperin 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və Onun Düşmənləri" kitabından ilhamlanıb. 2015-ci ildən etibarən OSF-nin Qərbi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü və Cənubi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü kimi bir qrup ölkə və regional fondları əhatə edən 37 ölkədə filialları var idi; onun qərargahı Nyu Yorkda ing. 224 West 57th Street ünvanındadır. 2018-ci ildə OSF Macarıstan hökuməti tərəfindən fondun fəaliyyətini hədəfləyən qanunvericiliyə cavab olaraq Budapeştdəki Avropa ofisini bağladığını və Berlinə köçdüyünü elan etdi. 2021-ci ilə kimi OSF 1993-cü ildə yarandığı gündən bəri 16 milyard dollardan çox xərclər, əsasən təşkilatın missiyasına uyğun olaraq QHT-lərə verilən qrantlar barədə məlumat verib. 28 may 1984-cü ildə biznes maqnatı Corc Soros öz Fondu (Nyu-York şəhəri) ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzaladı. Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda bir neçə fond yaradıldı.

Значение слова в других словарях